RU

Dohada Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

60-dan çox biznes subyektinin qatıldığı Azərbaycan-Qətər DəyirmiMasasında biznes sahəsində gələcək əməkdaşlıq imkanları müzakirəedilib.

Qətərin paytaxtı Doha şəhərində Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasınıntəşkilatçılığı, “Marsol Group” və İş adamları Cəmiyyətinin MilliAssosiasiyasının (İCMA) dəstəyi, Azərbaycan və Qətər iş adamlarınıniştirakı ilə Dəyirmi Masa təşkil olunub.

Tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və s.sektorlarında fəaliyyət göstərən 60-dan çox iş adamı iştirakedib.

Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasınınsədr müavini Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan RespublikasınınQətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev vəKOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasındaiqtisadi-ticarət əlaqələri, sahibkarlıq sahəsində əməkdaşlıq,işgüzar əlaqələrin genişləndirilməsi imkanları, iş adamlarınıniştirakı ilə birgə təşəbbüslərin reallaşdırılması perspektivləribarədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan və Qətər iş adamları arasında B2Bgörüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Dohada
Dohada
Dohada
Избранный
26
10
az.trend.az

10Источники