RU

"Qarabağ" - "Ayaks" oyununa nə qədər bilet satılıb?

Avropa Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, matç üçün artıq 20 min 200 ədəd bilet satılıb. Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq. Biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı.

Satış məntəqələri: iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu; Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 20.45-də başlayacaq.

Избранный
7
38
football-plus.az

10Источники