RU

“Qarabağ” - “Ayaks” matçına 20 200 bilet satılıb

Futbol üzrə Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun “Qarabağ” – “Ayaks” (Niderland) matçına bilet satışı davam edir.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu oyuna artıq 20 200 bilet satılıb. Oyun gününə qədər bu göstəricinin daha da artacağı istisna edilmir.

Məlumatda o da qeyd olunub ki, qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Xatırladaq ki, “Qarabağ” – “Ayaks” matçının biletləri oktyabrın 17-dən etibarən satışdadır. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri isə bunlardır:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

“Qarabağ”la “Ayaks” arasındakı qarşılaşma oktyabrın 24-də Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.

Избранный
10
38
arena.az

10Источники