RU

Baydenin Azərbaycanla Ermənistanı sülhə çağırmaqda məqsədi nədir? – Elxan Şahinoğlu ilə müsahibə

Son vaxtlar Qərbin antiazərbaycan mövqeyi açıq şəkildə özünü göstərməkdədir. Məsələ burasındadır ki, bütün zamanlarda Ermənistanı dəstəkləyən Qərb dövlətləri ölkəmizə münasibətdə ikili standartlardan çıxış ediblər. ABŞ-nin Ermənistana olan xüsusi sevgisi isə regionda sülhü əngəlləyir və yeni reallıqlar yaradır. Bu gün ABŞ prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda iki ölkə arasında münasibətlərə toxunulur və  tezliklə Ermənistanla sülh bağlamaq tövsiyyə olunur.

Məsələylə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu KONKRET.az-a müsahibə verib.

-Bayden iki ölkə arasında münasibətlərdən danışır və sülh müqaviləsinin imzalanmasının tezləşdirmək istəyir. Ermənistan isə hələ də Azərbaycanın şərtlərini qəbul etməyib.  Baydenin bu məsələlərdən xəbəri yoxdur?

-Əslində ABŞ prezidentinin də, Dövlət Departamentin də Azərbaycanın şərtlərindən xəbərləri var. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan qarşısında iki əsas şərtimiz var.  Bunlardan biri  Ermənistanın mövcud olmayan ATƏT-in Minsk qrupundan imtina etməsidir. İkinci əsas şərt isə Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bənd və ya bəndlər çıxarılmalıdır. Minsk qrupuyla bağlı ola bilsin Paşinyan geri addım atmağa hazırdır. Bu haqda o, 31 avqustda keçrilən mətbuat konfransı zamanı bildirmişdi. Amma konstitusiyayla bağlı konkret fikri yoxdur. Ermənistan baş naziri bunu uzatmağa çalışır. Gah 2026, gah da 2027-ci ildə keçiriləcək referendumdan danışırlar. Amma biz bu qədər gözləyə bilmərik. Əgər ermənilər konstitusiyadakı həmin bəndi dəyişməsələr sülh sazişini imzalamaq mümkün olmayacaq. Bunu ABŞ-nin rəsmi qurumları da bilməmiş deyillər. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülhdə bu qədər  maraqlıdırsa onların edəcəyi bir iş qalır. Amerikalılar Paşinyana anlatmalıdırlar ki, konstitusiyada dəyişiklik mütləq mənada lazımdır.

 – Bəs şərtlərin yerinə yetirilməməsindən xəbərdar olan Bayden iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında niyə canfəşanlıq edir?  

-Bilirsiniz ki, gələn ay ABŞ-də prezident seçkiləri keçiriləcək. Bayden özü seçkidə iştirak etməsə də, adminstrasiya seçkilərdə Kamala Harrislə təmsil olunur. İndi bütün komanda Harrisin seçilməsi üçün çalışır. Ona görə seçki öncəsi onlara xarici siyasətdə  uğur hekayəsi lazımdır. Azərbaycanla Ermənistan arasında bu müddət ərzində nəsə imzalansa bunu öz adlarına yazacaqlar. Bunu Kamala Harrisin reytinqinə müsbət təsir edəcəyini düşünürlər. Amma bu bizim problem deyil. Bu onların öz problemləridir. Əgər Amerika sülh istəyirsə görəcəyi iş çoxdur. Bakıya göndərdiyi nümüyəndə İrəvana gedib Paşinyanı başa salmalıdır ki, Azərbaycanın şərtlərini qəbul etsin.

 -Bu məktub Azərbaycan tərəfində hansısa yumşalmalara səbəb ola bilərmi?

-Azərbaycan-Amerika münasibətlərində ciddi suallar olsa da, dialoq da davam edir. Hər halda Fransa kimi bütün körpülər yandırılmayıb. Amerkanlar dialoqu davam etdirirlər. Enerji təhlükısizliyi siyasətində Bakı ilə dialoq mövcuddur. Yumşalmaya gəldikdə isə Amerika Konqresinin antiazərbaycan mövqeyi, 907-ci düzəlişin yenidən qüvvəyə mindirmələri münasibətlərə gölgə salan elementlərdir.

 -Bu məktubda Amerikanın Azərbaycan siyasətində  istiləşmə siyasəti hiss olunmur ki?

– İstiləşmə sözdə olmur. Bunun üçün konkret addımlar atılmalıdır. Konkret addımlar deyəndə nəyi nəzərdə tuturuq. ABŞ Konqresi antiazərbaycan siyasətini durdurmalıdır. Dövlət Departamenti xarici siyasətinə korrektə etməlidir. Amerika Ermənistanla hərbi təlimlərinin hansı məqsəd güddüyü barədə  Azərbaycana izahat verməlidir. Bütün bu addımlar atılmayana qədər istiləşmədən danışmaq tezdir.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
14
50
konkret.az

10Источники