RU

Azərbaycanda bədbəxt hadisə: su çəninin altında qalıb öldü

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

7News.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun İmirli kəndində qeydə alınıb.

Belə ki, S.Yaqubovun həyətində işləyən 1984-cü il təvəllüdlü qonşusu Kamran İbrahim oğlu Məmmədov ehtiyatsızlıqdan su çəninin altında qalıb.

Nəticədə K.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
 
 
 

Избранный
1
14
7news.az

10Источники