RU

Dünyanın ən kiçik dinozavr yumurtası tapılıb 80 milyon il yaşı var

Çində arxeoloqlar indiyə qədər aşkar edilmiş ən kiçik dinozavr yumurtası fosilini aşkar ediblər. Onun 80 milyon illik tarixi var.

"InterestingEngineering"in məlumatına görə, hələ 2021-ci ildə Qanzhou şəhərindəki tikinti sahəsində tədqiqatçılar tamamilə yeni bir dinozavr növünün altı yumurtadan ibarət fosil aşkar ediblər. Yumurtalar bu qədim növün yuvalama davranışı haqqında dəyərli kontekstual məlumat verən və yaxşı qorunub qalmış bir yuvada aşkar edilib.

Nəşr qeyd edib ki, Çinin cənubundakı Tszyansi əyalətindəki Qançjou hövzəsi paleontoloqlar arasında “dünyanın ən zəngin yumurta fosil yerlərindən” biri kimi tanınır.

O da vurğulanıb ki,Çin Geologiya Elmləri Universiteti (Uhan) və Çin Elmlər Akademiyasının Onurğalılar Paleontologiyası və Paleoantropologiya İnstitutundan birgə tədqiqat qrupu altı yumurtanın hərtərəfli analizini həyata keçirib. Tədqiqat Historical Biology jurnalında dərc olunub.

Onlar yumurtaların səthini və quruluşunu ən son müasir üsullardan istifadə edərək araşdırıblar. Dağıdıcılı olmayan buü sulalr tədqiqatçılara zərif fosilləri onlara zərər vermədən araşdırmağa imkan verib. Üç illik geniş araşdırmadan sonra alimlər yumurtaların "Minioolithus ganzhouensis" adlı yeni dinozavr cinsinə və növünə aid olduğunu təsdiqləyiblər.
Çin Elmlər Akademiyasının məlumatına görə, cəmi 29 mm ölçüdə olan və tam bütöv qalan yumurtalardan biri, indiyə qədər aşkar edilmiş ən kiçik dinozavr fosil yumurtası üçün yeni dünya rekordu sayılıb.

Tural

Избранный
14
5
news365.az

6Источники