RU

Gürcüstanlı səyyahların 3-cü qrupu Qarabağa getdi

Gürcüstandan gələn səyyahların üçüncü qrupu Azərbaycanın Qarabağ bölgəsinə səfər edib.

Bizim.Media xəbər verir ki, qonaqlar səfərin birinci günü Xankəndinə, oktyabrın 22-də isə Ağdam və Şuşaya səfər edəcəklər.

Səyyahlar erməni işğalının nəticələrini öz gözləri ilə görə biləcək, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Bizim.Media

Избранный
2
12
bizim.media

10Источники