RU

Su çəninin altında qalıb öldü- Foto

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu24.com xəbər verir ki, hadisə rayonun İmirli kəndində qeydə alınıb.

Belə ki, S.Yaqubovun həyətində işləyən 1984-cü il təvəllüdlü qonşusu Kamran İbrahim oğlu Məmmədov ehtiyatsızlıqdan su çəninin altında qalıb.

Nəticədə K.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
2
14
oxu24.com

10Источники