RU

Pentaqon rəsmisindən Ukraynaya dəstək MESAJI

Xəbər verdiyimiz kimi, ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin Kiyevə səfər edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səfər zamanı ABŞ və müttəfiqlərinin uzunmüddətli perspektivdə Ukraynanın yanında olacaqlarını vurğulayıb. Ostin Ukrayna hökuməti ilə görüşəcək və müharibənin ABŞ təhlükəsizliyi üçün niyə vacib olduğunu müzakirə edəcək.

Nazirin Kiyevə səfəri ABŞ-ın beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynanın yanında olmağa davam edəcəyini göstərdi.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamada Ostinin səfəri çərçivəsində Ukrayna hökumətinin rəsmiləri ilə görüşəcəyi bildirilib.
 
Bəyanatda həmçinin qeyd olunub ki, nazir Ostin səfərinin sonunda çıxış edəcək və Ukrayna müharibəsinin ABŞ-ın təhlükəsizliyi üçün nə üçün vacib olduğunu izah edəcək.
 
Gülay
Избранный
3
23
azxeber.com

10Источники