RU

Xəbərdarlıq edildi: Bu ölkədə noyabrın 1-dən benzinin qiyməti artacaq

Rusiyada benzinin pərakəndə satış qiyməti oktyabr ayından qalxmağa başlayıb. Bunun bir neçə səbəbi var - neft emalı zavodlarında aparılan profilaktik təmirlə əlaqədar bazarda təklifin azalması, həmçinin biçin kampaniyası ilə əlaqədar mövsümi qiymət artımı. Lakin qiymət artımı noyabrda da davam edəcək.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, nütəxəssislər "Life.ru" agentliyinə payızın son ayında yanacağın qiymətinin necə dəyişəcəyi haqda danışıblar.

"Noyabr ayında oktyabr artım tendensiyası davam etsə də, məqbul həddə olacaq. Noyabrın 1-dən etibarən ən populyar marka olan AI-92 markalı benzinin qiyməti 1 litr üçün 54 rubldan başlayacaq", - ekspert izah edib.

Onun sözlərinə görə, 95 markalı benzin ən azı 59 rubl, dizel yanacağının isə litri 66 rubl 50 qəpikdən olacaq.

Həmsöhbət qeyd edib ki, ölkənin müxtəlif regionlarında yanacaqdoldurma məntəqələrində pərakəndə satış qiymətlərinin dəyişməsi təxminən 5%-ə çata bilər. O, bunu logistik təchizat zəncirlərinin mövcudluğunun müxtəlif şərtləri və neft emalı zavodlarının yaxınlığı ilə izah edib.

Digər maliyyə analitiki Rusiyanın yanacaq bazarında çətin vəziyyətin yarandığını bildirib. Oktyabr ayından etibarən ekspertlər Aİ-95 markalarının pərakəndə satış qiymətlərində artım qeydə alıblar. "Rosstat"ın məlumatına görə, oktyabrın ortalarında bu növ yanacağın qiymətləri 7,2% artıb.

"Bu, 6,06%-lik ümumi inflyasiya səviyyəsindən xeyli yüksəkdir. Bu, bazarın pərakəndə satış seqmentinə ciddi təzyiqdən xəbər verir", - ekspert qeyd edib.

Onun proqnozlarına görə, yanacağın qiymətinin illik artımı 8-9%-ə çata bilər. Bununla belə, o qeyd edib ki, qiymət artımları adətən 12 ay ərzində qeyri-bərabər olur. Onun fikrincə, yanacağın qiymətlərində artıq mövcud artım olsa da, noyabrın 1-dən sonra daha da arta bilər.

Milli.Az

 
Избранный
6
25
milli.az

10Источники