RU

Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR

Atlantik okeanının hər iki sahilindəki proseslər birjalarda ciddi dalğalanmalara səbəb oldu.

Avropa Mərkəzi Bankının (AMB) son faiz endirimi və Donald Trampın mümkün prezidentliyi qlobal ticarət müharibəsinə səbəb olma riskini artırması major valyutalar, xüsuslilə də, EURUSD məzənnəsi üzərində təzyiqləri artırdı.

Trampın ABŞ-ın tariflərinin Çin və digər ölkələrlə yanaşı Avropanı da hədəfə ala biləcəyini söyləməsindən bir neçə gün sonra, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard hər hansı problemin Birliyin çətin vəziyyətdə olan iqtisadiyyatı üçün “aşağı risklər” yaradacağını ifadə edib.

ECB bu il ardıcıl olaraq üçüncü faiz endirimini də etdi. Qərardan gələn siqnallar yumşalma dövrünün davam edəcəyi ilə bağlı ehtimalları daha da artırdı.

Qızıl artan geosiyasi risklər və əsas mərkəzi bankların faiz dərəcələrini azaltma siyasətləri səbəbindən güclənməyə davam edir. Xüsusilə, Yaxın Şərqdə davam edən gərginlik, ABŞ-dan gələn güclü iqtisadi məlumatlar və qlobal bazarlardakı qeyri-müəyyənliklər qızılın "güvənli liman" kimi bahalaşmasına dəstək oldu.

Cari həftə ərzində Amerikada açıqlanacaq daşınmaz əmlak bazarına dair statistik rəqəmlər, eləcə də, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri malyyə bazarlarında tendensiyaların gedişinə təsir edə bilər.

EUR

Ötən həftə Avrozonada inflyasiyanın ehtimal olunduğu kimi azalma ilə açıqlanması və Avropa Mərkəzi Bankının faiz dərəcələrini 25 baza bəndi azaltması EURUSD məznnəsində eniş tendensiyasının dərinləşməsinə səbəb oldu. Qeyd edək ki, bu ECB-nin bu il artıq 3-cü faiz endirimi idi.

Bu həftə isə Avrozonada dərc olunacaq sənaye sektorunda, xidmət sektorunda və kompozit PMİ rəqəmləri, həmçinin, AMB sədri Kristin Laqardın həftənin çərşənbə axşamı və çərşənbə günləri ardıcıl 3 çıxışı investorların diqqət mərkəzində olacaq.

Ötən həftəyə 1.0930 səviyyəsində başlayan EURUSD məzənnəsi 1.0810 hədlərini test etdikdən sonra, buradan dəstək alaraq bir qədər bahalaşdı və həftəlik şamını 1.0865 həddində bağladı. “Ayılar” qiyməti 1.09$-ın altında saxlaya bilsələr, eniş tendensiyası 1.0800 - 1.0770 hədlərinə kimi davam edə bilər. 

Mümkün əks ssenaridə isə, 1.0952 səviyyəsi psixoloji müqavimət həddi kimi çıxış edir.

GBP

Keçən həftəyə 1.3055 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində eniş tendensiyasını davam etdirdi və 1.2970 həddini test etdi.

Lakin, bu səviyyədən dəstək tapan paritet bir qədər bahalaşdı. Həftəlik şamını 1.3050 səviyyəsində tamamlayan GBPUSD məzənnəsində tendensiyanın necə davam edəcəyinə dair ipucları üçün investorlar cümə axşamı günü İngiltərədə dərc olunacaq sənaye sektorunda, xidmət sektorunda və kompozit PMİ rəqəmləri, həmçinin, İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin həftənin çərşənbə və cümə axşamı günləri ardıcıl 3 çıxışını diqqətdə saxlayacaqlar.

OİL/UK

Ötən həftəyə 78.40$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) həftə ərzində İsrailin İranın neft və nüvə obyektləri kimi kritik hədəfləri vura biləcəyi ilə bağlı fərziyyələrin zəifləməsi  fonunda 73.50$-a kimi ucuzlaşdı.

OİLUK-də qiymət 75$-ın altında qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.

XAU/USD

İsrail və HƏMAS arasındakı gərginlik bu həftə əmtəə birjalarında qızılın artım tendensiyasını dəstəkləyən əsas amillərdən biri olub. İsrailin HƏMAS lideri Yəhya Sinvarı öldürdüyünü elan etməsindən sonra Yaxın Şərqdə qarşıdurmalar yenidən güclənib.

ABŞ iqtisadiyyatının güclü qalmaqda davam etdiyini göstərən məlumatlar dolları dəstəkləyir və DXY 3.5% dəyər artımı ilə 103 bənd diapazonundakı mövqeyini gücləndirib. Mövcud perspektiv FED-in faiz dərəcəsinin azaldılması prosesində ləngiməsinə imkan yaratsa da, qızıla təzyiq edən faktor kimi də qiymətləndirilir. 

Avropa Mərkəzi Bankı (AMB) bu il üçüncü faiz endirimini edib və depozit faizini 3.25%-ə endirib. ECB-nin məqsədi inflyasiyanı nəzarət altında saxlamaqdır ki, bu da bazarların qızıl kimi təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olur. Eyni zamanda, Çin Mərkəzi Bankı iqtisadiyyatı stimullaşdırmaq üçün addımlar atır. Çində genişlənən fiskal siyasətlər bazara likvidlik təmin edir. Bundan əlavə, ABŞ seçkiləri ilə bağlı qeyri-müəyyənliklər də diqqətdən kənarda qalmamalıdır. Bu proselərlər fonunda riskdən qaçmağa çalışan investorların kütləvi qızıl alışları fonunda, qiymətli metal yeni zirvələr arayışındadır.

Dünya Qızıl Şurasının (WGC) məlumatına görə, bu il mərkəzi bankların qızıl alışları 6% artaraq 183 tona çatıb. Həmçinin, süni intellekt sektorundakı yüksəlişin qızıla olan tələbatı artırmağa davam etdiyi və texnologiyada qızılın istifadəsinin  hər il 11% artdığı bildirilib.

Beləliklə, qiymətli metal artım tendensiyasını yenidən bərpa etdi. "Sarı metal"-ın artım yönündəki əsas hədəfləri 2720$-ın üzərində günlük bağlanışdan sonra 2750$ və 2810$ hədləri ola bilər. Cari səviyyələrdən qazanc əldə edilərsə, 2.685$ - 2715$ diapazonunun dəstək zonası kimi yaxından izlənəcəyi görünür.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. 

Избранный
6
8
sitat.info

9Источники