RU

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Atlantik okeanının hər iki sahilindəki proseslərbirjalarda ciddi dalğalanmalara səbəb oldu.

Avropa Mərkəzi Bankının (AMB) son faiz endirimi vəDonald Trampın mümkün prezidentliyi qlobal ticarət müharibəsinəsəbəb olma riskini artırması major valyutalar, xüsuslilə də, EURUSDməzənnəsi üzərində təzyiqləri artırdı.

Trampın ABŞ-ın tariflərinin Çin və digər ölkələrləyanaşı Avropanı da hədəfə ala biləcəyini söyləməsindən bir neçə günsonra, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard hər hansıproblemin Birliyin çətin vəziyyətdə olan iqtisadiyyatı üçün “aşağırisklər” yaradacağını ifadə edib.

ECB bu il ardıcıl olaraq üçüncü faiz endirimini dəetdi. Qərardan gələn siqnallar yumşalma dövrünün davam edəcəyi iləbağlı ehtimalları daha da artırdı.

Qızıl artan geosiyasi risklər və əsas mərkəzibankların faiz dərəcələrini azaltma siyasətləri səbəbindəngüclənməyə davam edir. Xüsusilə, Yaxın Şərqdə davam edən gərginlik,ABŞ-dan gələn güclü iqtisadi məlumatlar və qlobal bazarlardakıqeyri-müəyyənliklər qızılın "güvənli liman" kimi bahalaşmasınadəstək oldu.

Cari həftə ərzində Amerikada açıqlanacaq daşınmazəmlak bazarına dair statistik rəqəmlər, eləcə də, Sənaye SektorundaBiznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyiİndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri malyyəbazarlarında tendensiyaların gedişinə təsir edə bilər.

EUR

Ötən həftə Avrozonada inflyasiyanın ehtimal olunduğukimi azalma ilə açıqlanması və Avropa Mərkəzi Bankının faizdərəcələrini 25 baza bəndi azaltması EURUSD məznnəsində eniştendensiyasının dərinləşməsinə səbəb oldu. Qeyd edək ki, bu ECB-ninbu il artıq 3-cü faiz endirimi idi.

Bu həftə isə Avrozonada dərc olunacaq sənayesektorunda, xidmət sektorunda və kompozit PMİ rəqəmləri, həmçinin,AMB sədri Kristin Laqardın həftənin çərşənbə axşamı və çərşənbəgünləri ardıcıl 3 çıxışı investorların diqqət mərkəzindəolacaq.

Ötən həftəyə 1.0930 səviyyəsində başlayan EURUSDməzənnəsi 1.0810 hədlərini test etdikdən sonra, buradan dəstəkalaraq bir qədər bahalaşdı və həftəlik şamını 1.0865 həddindəbağladı. “Ayılar” qiyməti 1.09$-ın altında saxlaya bilsələr, eniştendensiyası 1.0800 - 1.0770 hədlərinə kimi davam edə bilər.

Mümkün əks ssenaridə isə, 1.0952 səviyyəsi psixolojimüqavimət həddi kimi çıxış edir.

GBP

Keçən həftəyə 1.3055 səviyyəsində başlayan GBPUSDməzənnəsi həftə ərzində eniş tendensiyasını davam etdirdi və 1.2970həddini test etdi.

Lakin, bu səviyyədən dəstək tapan paritet bir qədərbahalaşdı. Həftəlik şamını 1.3050 səviyyəsində tamamlayan GBPUSDməzənnəsində tendensiyanın necə davam edəcəyinə dair ipucları üçüninvestorlar cümə axşamı günü İngiltərədə dərc olunacaq sənayesektorunda, xidmət sektorunda və kompozit PMİ rəqəmləri, həmçinin,İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin həftənin çərşənbəvə cümə axşamı günləri ardıcıl 3 çıxışını diqqətdəsaxlayacaqlar.

OİLUK

Ötən həftəyə 78.40$ səviyyəsində başlayan “Brent”nefti (OİLUK) həftə ərzində İsrailin İranın neft və nüvə obyektlərikimi kritik hədəfləri vura biləcəyi ilə bağlı fərziyyələrinzəifləməsi fonunda 73.50$-a kimi ucuzlaşdı.

OİLUK-də qiymət 75$-ın altında qaldığı müddətcə, eniştendensiyası davam edə bilər.

XAUUSD

İsrail və HƏMAS arasındakı gərginlik bu həftə əmtəəbirjalarında qızılın artım tendensiyasını dəstəkləyən əsasamillərdən biri olub. İsrailin HƏMAS lideri Yəhya Sinvarıöldürdüyünü elan etməsindən sonra Yaxın Şərqdə qarşıdurmalaryenidən güclənib.

ABŞ iqtisadiyyatının güclü qalmaqda davam etdiyinigöstərən məlumatlar dolları dəstəkləyir və DXY 3.5% dəyər artımıilə 103 bənd diapazonundakı mövqeyini gücləndirib. Mövcudperspektiv FED-in faiz dərəcəsinin azaldılması prosesindələngiməsinə imkan yaratsa da, qızıla təzyiq edən faktor kimi dəqiymətləndirilir.

Avropa Mərkəzi Bankı (AMB) bu il üçüncü faizendirimini edib və depozit faizini 3.25%-ə endirib. ECB-nin məqsədiinflyasiyanı nəzarət altında saxlamaqdır ki, bu da bazarların qızılkimi təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olur. Eyni zamanda, ÇinMərkəzi Bankı iqtisadiyyatı stimullaşdırmaq üçün addımlar atır.Çində genişlənən fiskal siyasətlər bazara likvidlik təmin edir.Bundan əlavə, ABŞ seçkiləri ilə bağlı qeyri-müəyyənliklər dədiqqətdən kənarda qalmamalıdır. Bu proselərlər fonunda riskdənqaçmağa çalışan investorların kütləvi qızıl alışları fonunda,qiymətli metal yeni zirvələr arayışındadır.

Dünya Qızıl Şurasının (WGC) məlumatına görə, bu ilmərkəzi bankların qızıl alışları 6% artaraq 183 tona çatıb.Həmçinin, süni intellekt sektorundakı yüksəlişin qızıla olantələbatı artırmağa davam etdiyi və texnologiyada qızılınistifadəsinin hər il 11% artdığı bildirilib.

Beləliklə, qiymətli metal artım tendensiyasını yenidənbərpa etdi. "Sarı metal"-ın artım yönündəki əsas hədəfləri 2720$-ınüzərində günlük bağlanışdan sonra 2750$ və 2810$ hədləri ola bilər.Cari səviyyələrdən qazanc əldə edilərsə, 2715$ - 2.685$diapazonunun dəstək zonası kimi yaxından izlənəcəyi görünür.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefonnömrəsi və ya www.investaz.az veb saytıvasitəsilə bizə ünvanlaya bilərsiniz.

Избранный
2
8
az.trend.az

9Источники