RU

Azad edilmiş ərazilərdə icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kredit ayrılıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX)Qarabağ Ərazi Vergilər Baş İdarəsi Füzuli şəhərində Ağdam, Füzulivə Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olanvergiödəyiciləri ilə görüş keçirib.

Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, müxtəlifsahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıqsubyektinin iştirak etdiyi görüşdə vergiödəyicilərinə göstərilənxidmətlər, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergigüzəştləri, o cümlədən, kreditlərin dövlət zəmanəti ilə təminedilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumatverilib.

Tədbirdə çıxış edən Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarəHeyətinin üzvü Emin Şirinov təmsil etdiyi qurumun fəaliyyəti barədədanışıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədəkicra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadəkgüzəştli kreditin ayrılması təmin edilib.

O, bu mexanizmi sahibkarlara çatdırmaqda Fondun xüsusilə maraqlıolduğunu vurğulayıb. Qeyd edib ki, SİF üzləşdikləri çətinliklərinhəlli istiqamətində sahibkarlara səlahiyyətləri çərçivəsində dəstəkverməyə hazırdır.

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədovişğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı ilə bağlıbir sıra məqamlara toxunub, bu ərazilərdə sahibkarlığın inkişafıistiqamətində dövlət tərəfindən atılan addımlar barədə genişməlumat verib. Diqqətə çatdırılıb ki, sahibkarlığın inkişafınayönələn dəstək mexanizmləri bu ərazilərdə insanların məskunlaşması,işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi baxımındanolduqda önəmlidir.

Görüşdə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdəfəaliyyət göstərən vergiödəyicilərinin monitorinqi aparılıb və əsasməqsəd sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatdaolmasının qiymətləndirilməsidir. Çünki məhz qeydiyyatda olansahibkarlıq subyektləri bu ərazilərdə rezident statusu əldə edərəkvergi güzəştlərindən yararlana biləcəklər.

Sonda müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb,tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Избранный
6
11
az.trend.az

10Источники