RU

Pentaqon rəhbəri gözlənilmədən Kiyevə gedib

ABŞ-nin müdafiə naziri Lloyd Ostin gözlənilmədən Kiyevə səfər edib.

APA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Ehtimal olunur ki, Pentaqon rəhbəri qismində sonuncu dəfə Ukraynaya gələn L.Ostin Prezident Vladimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşəcək.

Onlar Ukrayna ordusunun növbəti il üçün silah-sursat ehtiyacı və dəstəyin davam etdirilməsini müzakirə edəcəklər.

Eyni zamanda ABŞ ilə Ukrayna arasındakı münasibətlər də tərəflərin diqqət mərkəzində olacaq.

Избранный
2
23
azpolitika.info

10Источники