RU

Azərbaycandabu il daşınmaz əmlaka verilən çıxarışların sayı məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında daşınmaz əmlak üzərində 269702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təminedilib.

Trend bu barədə İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbərverir.

Məlumata görə, bu göstəricinin 44 462-si (16,5%) ilkin, 225240-ı isə (83,5%) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 45 422,mənzil üzərində - 62 167, torpaq sahəsi – 152 594, qeyri-yaşayışbinası – 2 534, qeyri-yaşayış sahəsi – 6 350, əmlak kompleksi -597, çoxmərtəbəli yaşayış binası üzərində isə 38 mülkiyyəthüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınanmülkiyyət hüquqlarının 71 843-ü Bakının, qalan hissəsi isəbölgələrin payına düşür.

Doqquz ayda 203 056 texniki pasport tərtib edilib, 56 730ipoteka müqaviləsi qeydiyyata alınıb.

Избранный
3
5
az.trend.az

10Источники