RU

“Bu sualın Qurban Qurbanova verilməsi qəribədir” - Rəşad Sadıqov+Video

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan yığması ilə bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, hazırda millimizin direktoru olan İlqar Qurbanovun öncəki illərdə tapşırıqla milliyə futbolçu dəvət edilməsi barədə fikirlərinə münasibət bildirib: 

“Bu elə mövzudur ki, bir cavabla cavablandırmaq mümkün olmaz. Qurban Qurbanova da bu sualı verdilər. Halbuki onun işlədiyi dövr son illərin ən uğurlu dövrüdür. Ona ünvanlanması qəribə gəldi. İlqar Qurbanova bir neçə sual da vermək lazımdır ki, məsələni dəqiqləşdirəsən. Mən ehtimal edirəm ki, o, hansı məqamları nəzərdə tutub. Millidə bəzən dəvət alan futbolçular birmənalı qarşılanmırdı. Mən inanmırma ki, sırf zəng və ya sifariş olsun ki, sabah filan futbolçu oynasın. Amma müəyyən şeylər hiss olunurdu. Məşqçi üzərində təzyiq yaranırdı, hansısa futbolçuya maraq göstərilirdi.

Bu futbolun içində olan şeylərdir. Bəzi məşqçilər bunun öhdəsindən gəlir, bəziləri isə dözə bilmir və istəmədən səhv qərarlar verir. Bu elə mövzudur ki, oturub saatlarla müzakirə etmək lazımdır. Məsələn, 2010-cu ildə kim milliyə dəvət aldı, ya 2015-də kim çağırıldı, hansı futbolçu milliləşdirildi, sonra yoxa çıxdı, heç kəsə lazım olmadı. Halbuki onun əlində Azərbaycan pasportu var və yerli statusa malik idi. Bir az daha geniş yanaşılsa, daha düzgün olar”. 

Избранный
7
1
qafqazinfo.az

2Источники