ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya elan olunmamış səfər edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Ostin səfər zamanı Vaşinqtonun ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində Kiyevə yardım etmək öhdəliyini nümayiş etdirmək niyyətindədir.
Bundan əvvəl Pentaqon rəhbəri bildirmişdi ki, Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirərkən öz pilotsuz təyyarələrinə etibar etməlidir.