RU

“Brent” neftinin qiyməti artıb,təbii qazın qiyməti azalıb, lirə ucuzlaşıb, avro, rubl, o cümlədənqızıl bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,34% artaraq 1 barelə görə 73,31 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,45% artaraq 1 barelə görə 69 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,13 ABŞ dolları və ya 0,17% azalaraq 75,13 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,44% azalaraq 2,24 ABŞ dolları təşkil edib. 

ABŞ DOLLARI

2024-cü il oktyabrın 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 21-də Avro 1,8462 manatadək bahalaşıb.

LİRƏ

2024-cü il oktyabrın 21-də Türkiyə lirəsi 0,0496 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il oktyabrın 21-də Rusiya rublu 0,0178 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,47% artaraq 2 742.80 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti də 2.79% artaraq 34,19 ABŞ dollarına bərabər olub.

Избранный
49
16
fins.az

10Источники