RU

Bakıda mikroavtobus elektrovozla toqquşdu

Bakıda sürücü diqqətsizliyi növbəti dəfə dəmiryol xəttində qəzaya səbəb olub.

Bu barədə Publika.az ADY-ə istinadən xəbər verir.

Qeyd olunub ki, bu gün saat 02:30-da "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan "Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Избранный
8
32
publika.az

10Источники