RU

Tramp "McDonald's"da müştərilərə xidmət etdi - FOTO

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatında "McDonald's" restoranları şəbəkəsinin əməkdaşı kimi fəaliyyət göstərib.

Bakupost.az xəbər verir ki, bu hadisə "Fox News" kanalının yerli bölməsi tərəfindən canlı yayımlanıb.

Məlumata görə, Tramp Feastervil şəhərindəki "McDonald's" restoranına gedərək, əynində önlük ilə bir neçə porsiya kartof qızartması hazırlayıb və öz hesabına müəssisənin ziyarətçilərinə bir neçə sifariş verib.

Restoranda yarım saat qaldığı müddətdə Tramp orada işləməyi xoşladığını qeyd edib və gələcəkdə yenidən orada işləmək istədiyini istisna etməyib.


Yarım saatlıq növbəsinin sonunda Tramp jurnalistlərlə danışıb. O, mediaya verdiyi müsahibədə bu səhər İsrailin baş naziri Benyamin Netanyahu ilə əlaqə saxladığını bildirib və əlavə edib ki, İsrail hakimiyyəti ABŞ Prezidenti Co Baydenə qulaq asmadığı üçün yəhudi dövləti hazırda böyük təhlükə ilə üz-üzədir.

Tramp, həmçinin demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harrisi 60 illik yubileyi münasibətilə təbrik edib və onun ad günündə ona kartof qızartması hədiyyə edə biləcəyini vurğulayıb.

Xatırladaq ki, Harris daha əvvəl bir neçə dəfə tələbə olarkən "McDonald's"da işlədiyini və orada kartof qızartdığını qeyd edib. Bununla belə, Tramp iddia edir ki, onun demokrat rəqibi yalan danışır, çünki onun "McDonald's"da işinə dair heç bir qeyd yoxdur.


Избранный
29
4
bakupost.az

10Источники