RU

Vaxtilə “Bismak” markası ilə şirniyyat və un məmulatları, “Çörəkçi” markası ilə çörək istehsal edən şirkət ölkədən vəsait çıxarıb

"Delta Qrup C.O." MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.

 

Qeyd: Ötən ilin əvvəlində şirkətin fəaliyyətinə xitam verilib. “Delta Qrup C.O.” MMC “Mars Overseas Baku LTD” MMC şirkətinə qoşulub. “Mars Overseas Baku LTD”  Azərbaycanda Pepsi içkilərinin istehsalı və satışı ilə məşğul olur. 

 

Xəyal Quliyev

Tarix: 21 Oktyabr 2024, 08:52   
Избранный
12
2
pravda.az

3Источники