RU

Məşhur şirkəti yüksək məbləğdə cərimə gözləyir

"Ricon" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun icraatındadır.

 

Qeyd: Şirkət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 13 551 318,32 manata yeni inzibati bina tikəcək.

 

Xəyal Quliyev

Tarix: 21 Oktyabr 2024, 08:26   
Избранный
5
11
pravda.az

10Источники