RU

Bakıda avtomobil qatara çırpılıb - Xəsarət alanlar var

HadisəBakının Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Sərxan Rüstəmov idarə etdiyi maşınla dəmiryol keçidindən keçərkən qatara çırpılıb.

 

Qəza nəticəsində avtomobildə olan sərnişin 1954-cü il təvəllüdlü Püstəxanım Məmmədova ağır xəsarət alıb.

 

Avtomobilin sürücüsü S. Rüstəmov hər iki ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Dəmiryol Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Избранный
13
5
modern.az

6Источники