RU

Zəfər xronikası. 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə müsahibə verib.

Trendmüsahibəni təqdim edir:

- Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm.Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günüVaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Sizüçtərəfli formatda bəzi şərtlərlə danışıqlarahazırsınızmı?

- Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya vəFransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həllyolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədrölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtdagörüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur.Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da görüşolmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrədanışıqların davamıdır. Əlbəttə ki, indi yerdə vəziyyətdəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcuddeyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistanrəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmişərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bumüzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyininərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğutəqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.

- Prezident Putin Sizi də Moskvaya dəvətedib?

- Xeyr.

- Dəvət olunsaydınız, getməyə hazırsınızmı?

- Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam vəMoskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində birneçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli təmaslarıntərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır.Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib.

- Əgər cümə günü nazirlərin görüşündə hər hansı birirəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağıüçtərəfli görüş keçirilə bilərmi?

- Bəli, əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlərəvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyinnədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki,Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrənizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistanrəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedicibəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasızetmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMTTəhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanınişğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın başnaziri "Qarabağ Ermənistandır" bəyan edəndə, Azərbaycanın qondarma"Dağlıq Qarabağ hökuməti" ilə danışıqlar aparmalı olduğunu deyəndə,dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə vəAzərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə,danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də bizErmənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasıztəcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerindəveririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mənErmənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elanedirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir.Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar vəbirmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Bizbuna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. LakinErmənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarınagörə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanındaərazilərimizi azad edirik.

- Siz ikinci atəşkəsin artıq uğursuz olduğunu, yaxudbitdiyini və döyüşün davam etdiyini deyərdiniz?

- Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki,atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular,onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görənTərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbimövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləriyenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinciatəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistanərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəriGəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistanhökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsipozublar.

Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaqmümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiəetməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyəbilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilanşəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanındanə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azadedirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddidüşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə,birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmişəraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycanərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlikgötürməlidir.

- Hələ ki, atəşkəs əsirlərin və cəsədlərin mübadiləsi dədaxil olmaqla humanitar məqsədlər üçün elan edilmişdir. Sizcə buatəşkəsin, - ola bilsin başqa atəşkəs də olacaqdır, - əsirlərinmübadiləsindən sonra bitəcəyi deməkdir? Yəni, bu, qüvvədə olacaqəsaslı atəşkəs, yoxsa, müvəqqəti atəşkəs olacaqdır?

- Bəli, atəşkəs humanitar zəmində elan olunmuşdur. Bildiyinizkimi, Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlarformatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isəErmənistan tərəfindən qondarma "Dağlıq Qarabağ hökumətini"danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu,bizim tərəfimizdən və Minsk qrupu tərəfindən rədd edilmişdir. Bunagörə, əlbəttə, əgər Ermənistan danışıqlara sadiq qalarsa vəəraziləri boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürərsə, - hansınıki, onlar hələ də elan etməyiblər, - bu halda bu atəşkəsuzunmüddətli olacaqdır. Çünki biz bu problemi sülh yolu ilə həlletmək istəyirik. Lakin, əgər onlar resurslarını səfərbər etmək,əlavə əcnəbi hərbi yardım almaq və bizə qarşı yeni hücuma keçməküçün bu atəşkəsdən istifadə etməyə cəhd göstərəcəklərsə, əlbəttə,bu atəşkəs uzun müddət davam etməyəcəkdir. Bu, onlardanasılıdır.

- Beləliklə, danışıqlar masasına oturmaq üçün hər hansıdanışıqları aparmadan öncə əvvəlcədən Ermənistandan ən azındanyeddi rayonun bəzilərini boşaltmağa razılaşmağı tələbedəcəksiniz?

- Onlar bu əraziləri boşaldacağına dair üzərilərinə ciddiöhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi iləiki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir.Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycanaqaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğalolunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən DağlıqQarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olanŞuşanın ərazisinə. Buna görə Ermənistan hökuməti bu prinsiplərəsadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyanetməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Bizindi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqlarınbaşlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırdaErmənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbicinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən başnazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləriboşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişəninnizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir.

- Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonuboşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazırolarsınızmı?

- Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttəki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxtçərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdərayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsiboşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındırki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır.

- Bu, əvvəlcədən elan olunmalıdır.

- Bütün azərbaycanlılar öz qədim torpaqlarına qayıtmalıdır.

- Rusiyanın müşahidəçi qruplarının göndərilməsinə dairtəklifinə və ya beynəlxalq müşahidəçilərlə bağlı nədeyərdiniz?

- Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsasprinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissəsidir,ünvanlanmalı olan ən son məsələlərdən biridir və əlbəttə ki, həriki tərəf, - Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərinvə ya sülhməramlıların kim olacağına razılaşmalıdır. Buna görə, bizdanışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməmişik. Hesabedirəm ki, Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, özadından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və haragöndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər.

Çünki bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. Çünki indidöyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və yasülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altındaola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək?Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədədanışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki,bununla bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki,bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunuinkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimiziirəli sürəcəyik.

– Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunutənqid edərək ona ağılsız deyir. Siz bununlarazılaşardınız?

- Mən bu yaxınlarda demişdim ki, Minsk qrupu 30 il ərzində heçbir nəticə əldə etmədi. Eyni zamanda, mən dedim ki, biz Minskqrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri iləirəliləyişə nail ola bilmişdik. Böyük olmasa da, hər haldairəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticəəldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Həmçinin Minskqrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMTTəhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycantorpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sualolunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyniölkələrdir. Beləliklə, bu, açıq sualdır.

– Siz Minsk qrupunun həmsədrləri arasında Rusiyanınvasitəçi kimi, aparıcı vasitəçi kimi rolu barədə nə deyəbilərsiniz? Siz deyə bilərsiniz ki, Rusiya ədalətliolub?

- Bilirsiniz, Minsk qrupunun üç həmsədrinin eyni hüquqları vəeyni mandatı var. Odur ki, mənim bildiyimə görə bu ölkələrarasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlaravasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunuüzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytraldeyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki,münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəmki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 ilərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusiləindi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğubir vaxtda öz rollarını oynayacaqlar.

- Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çoxsöz sahibi və bu danışıqlar prosesində daha fəal olmağınıistəyirsinizmi?

– Bu, sözsüz ki, Türkiyənin siyasi gündəliyindən asılıdır. MənTürkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki,əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hərzaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirakaçıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil,Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm roloynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır.Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz vədostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupununüzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfəmüsahibələrimdən birində demişdim ki, Türkiyə hətta həmsədr də olabilərdi. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüzki, Türkiyənin namizədliyini dəstəkləyərdi və əminəm, Türkiyəhəmsədr olmaqda israr edərdi. Əfsuslar olsun ki, 1992-ci ildə bu,baş vermədi. Beləliklə, bu, hüquqi tərəfdir. Praktiki tərəfdən,bildiyiniz kimi, Türkiyə və Rusiyanın prezidentləri, Xarici İşlərnazirləri, Müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, buməsələni müzakirə ediblər. Ona görə də, Ermənistanın dediyi kimi,əgər kimsə deyirsə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistanınişi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, çünki o,sabitlik gətirəcək. Həmçinin düşünürəm ki, Türkiyə Qafqazın 3ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkəninonların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəalşəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəmdəstəkləyirik.

– Beynəlxalq hüquq nöqteyi-nəzərindən QarabağAzərbaycanın ərazisidir. Lakin, eyni zamanda, orada çox saydaerməni əhalisi var. Siz zəmanət verə bilərsinizmi ki, Azərbaycannəzarəti geri qaytarandan sonra erməni əhali orada təhlükəsizşəraitdə və bərabər hüquqlarla yaşaya biləcək?

– Bəli, sözsüz ki. Mən münaqişənin bu aktiv fazası ərzində artıqdəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağdayaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onlarıntəhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqlarıkimi tam təmin olunacaq. Sizə deyə bilərəm ki, hazırdaazərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu günAzərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistanəhalisinin 99 faizi etnik ermənilərdir. Beləliklə, orada heç birmilli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü ErmənistanRespublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləriqovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlindəİrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilərbizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcəİrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında daAzərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən,1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti,əfsuslar olsun ki, mayın 29-da, - bu, haqq qazandırılması mümkünolmayan böyük bir səhv idi, - İrəvanı paytaxt kimi Ermənistanaverməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəniirsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi, abidələrimizidağıdıblar. Burada - Bakının mərkəzində isə çox sayda ermənikitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda vəAzərbaycanın başqa yerlərində çox sayda, minlərlə erməni yaşayır.Sizin orada yaşayan çox sayda erməni ilə bağlı dediyiniz məqamagəlincə, bizdə olan məlumata görə, keçmiş Dağlıq Qarabağ MuxtarVilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisitəqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədənəvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada,həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanıolan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çoxazərbaycanlı yaşayırdı. Ermənilər bizə qarşı etnik təmizləmə həyatakeçiriblər. Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalarzamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücumetməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisasıdöyüş meydanında alacağıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilərtam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onlarıntəhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xuntakənarlaşdırılandan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlarləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəkiistənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün dəbütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik.

– Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madridprinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratınıtəyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıqverəcəksinizmi?

– Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendumolmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlarzamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsinigeri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Özmüqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq özmüqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövlətivar. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə özmüqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçikErmənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratınıtəyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanınərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetməninmüxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn,mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmişölkələrində bu nümunələri görürük ki, insanların özbələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var.Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycandayaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin bizheç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətininyaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Birsözlə, referendum olmayacaq, heç vaxt.

- Döyüş meydanından danışarkən, Ermənistanın Liviyada,Suriyada yaşayan erməniləri cəlb etdiyinə dair məlumatlar var. Eynizamanda, QHT, dəqiq desək, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupuiddia edir ki, Suriyadan çox sayda etnik türkmən döyüşçü hazırdaSizin qüvvələrinizlə birlikdə döyüş meydanındadır. Bu, doğrudur, yayox?

– Xeyr, bu, doğru deyil. İlk növbədə, mən bildirmək istərdim ki,Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsifaktı sirr deyil. Hətta Ermənistanın baş naziri bunu etiraf edib.Lakin o bildirib ki, onlar köklü ermənilərdir. Birincisi, heç kimbilmir onlar köklü ermənilərdir, ya yox. Bizdə məlumat var ki,başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdəndöyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkəninvətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüşmeydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan,Kanada pasportu olan insanlar var. Bizdə Fransa, ABŞvətəndaşlarının, erməni əsilli, lakin bu ölkələrin vətəndaşlarıolan şəxslərin, keçmiş sovet ölkələrinin vətəndaşlarının, YaxınŞərq ölkələrinin vətəndaşları ilə birlikdə bizə qarşı döyüşməsinədair dəlillər var. Ermənistan birinci Qarabağ müharibəsindəmuzdlulardan istifadə edirdi. Bu, sirr deyil. Onlardan bəziləriAzərbaycan tərəfindən zərərsizləşdirilib və ermənilər onlarınşərəfinə böyük abidələr ucaldıblar, beynəlxalq terrorçularınşərəfinə abidələr. Bu, Ermənistanın terrorçu dövlət olduğunugöstərir.

Azərbaycana gəlincə, birincisi, Suriya İnsan HaqlarınınMüşahidəsi Qrupu adlandırılan QHT etibarlı təşkilat deyil. Bizonların Suriyadakı müharibə ilə bağlı yaydığı çox sayda feykxəbərləri bilirik. Bu, siyasi motivasiyalı olan "QHT"yə etibar,etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdirdiyini yoxlamalı,sonra bu şayiələrin arxasında kimin durduğunu öyrənməliyik.İkincisi, bizə heç bir ölkə tərəfindən bir dəlil belə təqdimolunmayıb. Yalnız şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübuttələb etdim. Dedim yaxşı, biz artıq 20 gündən çoxdur ki,münaqişənin aktiv fazasındayıq, sübutlar haradadır? Bizə dəliltəqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə sonqoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xaricidöyüşçüyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız,nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz var.Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşçüyəehtiyacımız olsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə,buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış məlumatdır.

– Sizin dəfələrlə dediyiniz kimi, heç bir mücahid, həttaheç bir türkmən yoxdur?

– Xeyr, başqa ölkələrdən gəlmiş Azərbaycan əsilli insanlar olabilər. Biz bunu istisna etmirik. Çünki bizdə çox sayda könüllülərvar. İnsanlar könüllü şəkildə öz ölkələrini müdafiə etmək istəyəbilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycanəsilli insanlar gəlir. Lakin bu, təqdim olunduğu kimi deyil ki,Azərbaycan döyüşmək üçün terrorçuları dəvət edib. Bu, yanlışməlumatdır.

– Siz Azərbaycan əsilli həmin könüllülərdənxəbərdarsınız?

– Mən dedim ki, istisna etmirəm. Ola bilər. Lakin biz xaricdəyaşayan azərbaycanlılardan gəlib tarixi Vətəni uğrunda döyüşməküçün çox sayda müraciət, çox sayda məktub alırıq. Lakin bizimmövqeyimiz belədir ki, buna ehtiyacımız yoxdur. Döyüş meydanındakifayət qədər insanımız var.

– Yaponiya şirkətləri Azərbaycanın neft kəmərilayihələrinə qoşulub. Onlar burada investordur. Sizin kəmərlərintəhlükəsizliyi ilə bağlı narahatlığınız varmı? Bu yaxınlarda, bu ilərzində açılması planlaşdırılan TAP kəmərinin təxirə salınmasıriski varmı?

– Xeyr, TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu,artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil,əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. BakıdanAvropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə,xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütünbu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cıildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimizbizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, bizErmənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlarbizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olanSəngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçuxislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlərki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlarbunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçininenerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edənölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həminölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollarinvestisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, AvropaYenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropaİnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalqbanklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bucür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi,Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəmki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürətgöstərəcəklər.

– Sizinlə görüşmək imkanımız çox nadir hallardaolduğundan, icazə verin, ümumilikdə, ölkənin gələcəyi ilə bağlı birneçə sual verim.

– Bəli, buyurun.

- Azərbaycan dünyada sənaye üsulu ilə neft istehsal edənilk ölkədir.

- Bəli, doğrudur.

- Sizcə, ölkə postneft dövrünə necə keçəcək? Yaponiyaşirkətlərinin bunda iştirakına dair Sizin hansısa gözləntilərinizvarmı?

– Bəli, əlbəttə ki, bizim iqtisadiyyatımızın şaxələndirilməsiilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Həttabaxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çoxciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqaölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neftsənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizimşaxələndirmə proqramımız çox uğurla icra olunur. Sənaye, biznesimkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttəki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Əlbəttə ki, əsasməsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azadetdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı suilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistanfaktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtərçayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektartorpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanlarınehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqınasəbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti həraddımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlifməhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır,- əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkanverəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kəndtəsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağabaşlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalarbizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft vəqaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür.Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neftistehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq.Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir.

Yaponiya şirkətlərinə gəlincə, onlar burada enerji sahəsində çoxfəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda ikiböyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavatayaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın vəixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, bizhəm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərinihazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsindəgörmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalarimzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusiləAbşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialıolan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu günYaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcədə kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiyailə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindənməmnunuq.

– Siyasi islahatlar barədə nə deyə bilərsiniz? ƏsasənQərb ölkələri tərəfindən tənqidlər var ki, Siz özünüz atanızdansonra hakimiyyətə gəlmisiniz, indi xanımınız Birincivitse-prezidentdir. Siz demokratiyanı təşviq etməyə, müxalifətəhakimiyyətə yol açmağa hazırsınızmı?

– Düşünürəm ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir.Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyətazadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşmaazadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur.Yeri gəlmişkən, bizdə internet azaddır. Bizi tənqid etməyəçalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiyasahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiqməqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yenisiyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasipartiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yerigəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasipartiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərinqaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir.Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiyaAzərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar XalqCəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu ikipartiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən butəklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizimnormal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında,aparıcı partiya ilə digər partiyalar arasında normal, sivilmünasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çoxpartiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktivfazasındayıq.

Yalnız iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn,həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanınərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdəhakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görəməsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat.Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu günhəmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir. Heç kimdemokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki,30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə bizitənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar. Bizimgözümüzün önündə, beynəlxalq ictimaiyyətin gözü önündə dırnaqarasıdemokratiyalarda nümayişlərin necə dağıdıldığını, insanlarınmitinqlərdə necə öldürüldüyünü, yaralandığını, xəsarət aldıqlarınıgörürük. Biz bunları hər həftə görürük. Etirazçıları dağıtmaq üçünpolisin itlərdən və atlardan necə istifadə etməsini görürük. Sizbunu Azərbaycanda görməyəcəksiniz, heç vaxt. Buna görə bizi tənqidedənlər, yaxşı olardı ki, öz işləri ilə məşğul olsunlar. O kiqaldı, sizin mənim atamın davamçısı kimi dediklərinizə, bəli, bu,həqiqətdir. Lakin mən atamın xələfi olmamışdan əvvəl uzun illəridi, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ciildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mənaparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədrmüavini və sədrin birinci müavini olmuşdum və Baş Nazir olmuşdum.Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdurvə əlbəttə ki, onlar bunun onların təqdim etmək istədiyi kimiolmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kimBuş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqındadanışmır? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlətkatibi və sonra da prezident namizədi olması haqqında danışmır vəbunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy,onlar özlərinə baxsınlar. Xanımıma gəldikdə, mənim xanımım 2005-ciildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitarsahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyükqeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olubvə olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyivar. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necəsevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni AzərbaycanPartiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə dəonun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarətolmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklifetdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyəbilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaqüçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o,istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur vəon minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı birpiarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürurduyduğu bir şəxsdir.

–Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakinsosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var.

- Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlərtoqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elanetdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə birvaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq.Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktivfazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır.Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdirvə azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir.Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır.

- Zati-aliləri, icazə verin, söhbətimizi sonuncu suallayekunlaşdırım. Gəlin, ümidverici bir məqamla bitirək. Sizinmünaqişənin sülh yolu ilə nizamlanmasına ümidiniz varmı? SülhErmənistan və Azərbaycana nə verə bilər? Çünki Ermənistan dənizəçıxışı olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfindəsərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh ikiölkəyə nə verə bilər?

- Bəli, əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilədəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyiümid edirəm. İndi məsələn, Azərbaycan və Gürcüstan arasındaəməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşıq vəbizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var.Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın,biz birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazınnəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı,Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAPvə bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, GürcüstandaTürkiyə ilə birlikdə birinci və ya ikinci ən böyük investordur.Birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Yeri gəlmişkən,1990-cı illərin ortalarında, boru kəmərinin tikintisi məsələsimüzakirə olunanda Qərbdən bu boru kəmərinin Ermənistandan keçməsiilə bağlı bəzi təkliflər var idi. Lakin belə olan halda Ermənistanəraziləri boşaltmalı idi və belə olduqda boru kəməri AzərbaycandanErmənistana, sonra Naxçıvana və oradan Türkiyəyə keçə bilərdi. Bu,ən qısa marşrut idi. Xəritəyə baxsanız, siz boru kəmərinin keçdiyimarşrutu görəcəksiniz. Ermənistandan yan keçmək üçün o, bu cürçəkilib. Lakin ermənilər düşünürdü ki, biz bu boru kəmərini inşaedə bilməyəcəyik. Ona görə onlar yox dedilər. Hesab edirəm ki, indionlar buna çox peşmandırlar. İşğala görə onlar dalana dirəniblər.Onlar hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir yollarınıinşa edə bilməyəcəyik. Onlar həmişə Qars-Gümrü dəmir yolununistismarını dəstəkləyirdilər. Bu dəmir yolu mövcud idi, lakinErmənistanın işğalına görə bizim qardaş Türkiyə onu bağlamışdır.Beləliklə, əslində, Ermənistanın dənizə çıxışı var, lakinAzərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarınagörə onların Türkiyə ilə sərhədi yoxdur. Bəlkə siz bilmirsiniz,lakin onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yeralır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indikivaxtda malik olmaq üçün gərək ağılsız olasan. Lakin bu, onlarınideologiyasının mahiyyətidir. Danışıqlar aparılan zamanı əvvəlkiErmənistan hökumətinə mesajlar göndərilmişdir ki, onlar işğala sonqoyduğu təqdirdə Azərbaycan Dağlıq Qarabağda müxtəlif sosial vəiqtisadi layihələri icra edə bilər. Bu mesajlar Minsk qrupununhəmsədrləri vasitəsilə Ermənistanın əvvəlki prezidentlərinəgöndərilmişdir və onlar bunları rədd etmişdir. Bu gün DağlıqQarabağda insanlar yoxsulluq içində yaşayırlar. Bilirsiniz, oradatam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağıdılıb. Bizsərmayə yatırmağa hazır idik. Lakin biz dedik ki, əraziləriboşaldın və biz sizə kömək edərik. Bu gün biz özümüz əraziləri azadetdikdə, əlbəttə ki, biz o insanlara, Dağlıq Qarabağda yaşayanermənilərə və sözsüz ki, bu ərazini yenidən qurmaq üçün qayıdacaqazərbaycanlılara kömək edəcəyik. Lakin əgər Ermənistan konstruktivaddımlar atsa və əraziləri boşaltsa, əlbəttə ki, biz bütünkommunikasiyaları açacağıq. Mən bilirəm, həmçinin Türkiyəhökumətinin mövqeyi barədə də eşitmişəm ki, onlar da Ermənistanınəraziləri boşaltdığı təqdirdə kommunikasiyaları açacaqlar. OndaCənubi Qafqazda vəziyyət tamamilə dəyişəcəkdir.

- Cənab Ərdoğan bu niyyəti barədə Sizə bir şeydeyibmi?

- Ola bilsin biz bunu birbaşa müzakirə etməmişik. Lakin,əlbəttə, biz bilirik ki, belə bir mövqe var. Ermənistan-Türkiyəsərhədi işğala görə bağlıdır. İşğala son qoyulsa, sərhəd açılacaq.Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunubilirlər. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadanErmənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha dakiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bizdə olan məlumatagörə, bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır,iki milyondan az və o, daha da azalacaq, çünki iş yoxdur, xüsusiləindi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldartorpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərəbaxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçünnecə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizimtorpağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadəedirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizimməhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri gəlmişkən, onlaristənilən halda tezliklə fəaliyyətlərini dayandıracaqlar.Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrumolduqlarına görə onlar hətta daha çox problemlərdən əziyyətçəkəcəklər və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik.Bizim əhalimiz artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanınəhalisi 10 milyondur, Ermənistanın əhalisi isə iki milyondan azdır.Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdəburada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqındadüşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Bizdöyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların"cəsur ordusu" haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi.Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalibgəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davamedəcəyik.

-Bu imkana görə çox sağ olun. Bakıda olmaq həmişə bizdəməmnunluq hissi oyadır.

- Təşəkkür edirəm.

Zəfər
Zəfər
Məqalədə:
Избранный
45
3
az.trend.az

4Источники