RU

La Liqa: “Barselona” “Sevilya”nı 5 qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Vilyarreal” – “Xetafe” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Malyorka” doğma meydanda qarşılaşdığı “Rayo Valyekano”nu tək qolla üstələyib. Dörd qolun qeydə alındığı “Atletiko” – “Leqanes” matçında da Madrid təmsilçisi inamlı qələbəyə sevinib. “Barselona” isə “Sevilya” ilə ev oyununda darmadağınla qalib gəlib.

La Liqada 10-cu tura oktyabrın 21-də keçiriləcək “Valensiya” – “Las Palmas” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
10-cu tur

18 oktyabr

Alaves – Valyadolid 2:3
Qollar: T.Martines, 6. K.Qarsiya, 90+7 – Silla, 17. Amallah, 72-pen. Anuar, 76.

19 oktyabr

Atletik – Espanyol 4:1
Qollar: Vivian, 6. İ.Uilyams, 28; 30. Berencer, 55 – Tejero, 90+2.

Osasuna – Betis 1:2
Qollar: Torro, 59 – Vitor Roke, 7. Avila, 73.

Jirona – Real Sosyedad 0:1
Qol: Oyarsabal, 44.

Selta – Real 1:2
Qollar: Svedberq, 51 – Mbappe, 20. Vinisius, 66.

20 oktyabr

Malyorka – Rayo Valyekano 1:0
Qol: Muriqi, 75.

Atletiko – Leqanes 3:1
Qollar: Sörlot, 69; 90+9. Qrizmann, 81 – Neyu, 34.

Vilyarreal – Xetafe 1:1
Qollar: Komesana, 44 – Arambarri, 87-pen.

Barselona – Sevilya 5:1
Qollar: Levandovski, 24-pen; 39. Pedri, 28. Torre, 82; 99 – İdumbo, 87.

21 oktyabr

23:00. Valensiya – Las Palmas

Избранный
31
3
arena.az

6Источники