RU

"İnter" səfərdə "Roma"ya qalib gəldi

İtaliya A Seriyasında 2024/2025 mövsümünün 8-ci turunun "Roma" və "İnter"in qarşılaşdığı matç başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Olimpiko” stadionunda baş tutan görüşdə "İnter" 1:0 hesabı ilə qalib gəlib.

Matçın yeganə qolunu 60-cı dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines vurub.

Keçirilən səkkiz oyundan sonra “Roma” 10 xalla A Seriyasının turnir cədvəlində 10-cu yerdədir. “İnter” də analoji oyunlardan sonra 17 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Növbəti mərhələdə “Roma” “Fiorentina” ilə (27 oktyabr), “İnter” isə “Yuventus”la (27 oktyabr) qarşılaşacaq.

Избранный
19
2
90deqiqe.az

4Источники