Qəzza zolağında gedən döyüşlərdə İsrail ordusunun bir polkovniki həlak olub.
“İki sahil” xəbər verir ki, bu haqda ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, həlak olan zabit 401-ci Zirehli Briqadanın komandiri 41 yaşlı polkovnik Ehsan Daksadır. Onun Qəzza zolağının şimalında gedən döyüşlərdə həlak olduğu bildirilir.