Tərtər, 20 oktyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Bərdə-Ağdam magistral avtomobil yolunun Poladlı kəndi ərazisindən keçən hissəsində təmizlik işləri aparılıb, 200 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib.
On gün ərzində Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına ümumilikdə 11 min ədəd müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulur.