RU

Gəncədə avtomobil evə çırpıldı - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin M.Axundzadə küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmədən çıxıb.

Nəticədə minik maşını telefon dirəyinə daha sonra isə evə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Telefon xəttinə və avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə qəzaya yağışlı hava şəraiti səbəb olub.

Fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Избранный
25
4
milli.az

6Источники