RU

“Neftçi” - “Səbail” 3:1 - Video

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Neftçi” – “Səbail” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
10-cu tur
19 oktyabr

“Neftçi” – “Səbail” 3:1
Qollar: Ramil Şeydayev, 45+3. Dembo Darbo, 58; 67 – Samir Abdullayev, 90+3.
Qırmızı vərəqə: Edvin Kuç, 81 (rəqibi aşkar qol imkanından məhrum etmək).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 18:00. “Neftçi Arena”, 1365 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Rəhman İmami.
Dördüncü hakim: Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.

Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (90. Ramil Şeydayev, 41), 14. Edvin Kuç, 6. Rafael Quzzo (88. Andrey Ştoqrin, 82), 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek (7. Azər Əliyev, 82), 22. Dembo Darbo (91. Ağadadaş Salyanski, 73), 20. Alfa Konte (11. Kilan Lebon, 73).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 23. Robert Bauer, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov (15. Vüsal Məsimov, 62), 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 10. David Qomis (14. Suleyman Alluş, 46), 44. Amir Bilali, (16. Emin Rüstəmov, 71), 3. Dmitro Litvin, 7. Madi Keta, 5. Gitay Sofir (77. Fərid Nəbiyev, 32), 21. Ayman Bouali (19. Samir Abdullayev, 71).
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 17. Gülağa Əsədov.
Baş məşqçi: Şahin Diniyev.

Избранный
5
29
arena.az

10Источники