RU

Premyer Liqa: “Neftçi” ilk qələbəsini 10-cu turda qazandı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə ikinci qarşılaşması Bakıda baş tutub.

Cari mövsümdə qələbəyə həsrət olan “Neftçi” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Tərəflər arasındakı əvvəlki 28 oyunda “Neftçi” 20 qələbə qazanmışdı, 6 oyun heç-heçə bitmişi. Yalnız 2 oyunda “Səbail” qalib gəlmişdi. “Dənizçilər” 21 oyundur “Neftçi” üzərində qələbə qazanmırdılar.

“Səbail” 9 oyuna topladığı 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmışdı. Daha bərbad mövsüm keçirən “Neftçi” isə 5 xalla 9-cu idi. Elə bu üzdən ilk dövrə bitən kimi Roman Qriqorçukla yollarını ayıran paytaxt klubu baş məşqçi postuna sabiq çalışdırıcısı Samir Abasovu gətirmişdi.

Abasovun köhnə-yeni komandasındakı ilk oyunu uğurlu alınıb. “Ağ-qaralar” bu oyunda qələbə həsrətinə son qoyaraq inamlı qələbəyə seviniblər.

Premyer Liqa
10-cu tur
19 oktyabr

“Neftçi” – “Səbail” 3:1
Qollar: Ramil Şeydayev, 45+3. Dembo Darbo, 58; 67 – Samir Abdullayev, 90+3.
Qırmızı vərəqə: Edvin Kuç, 81.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”. 18:00.

Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darbo, 20. Alfa Konte.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin.
Baş məşqçi: Samir Abasov.

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 10. David Qomis, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Keta, 5. Gitay Sofir, 21. Ayman Bouali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 77. Fərid Nəbiyev, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Избранный
3
29
arena.az

10Источники