RU

Gürcüstandan gələn səyahətçilərin ikinci qrupu Xankəndini gəzib - Yenilənib, Foto

Gürcüstanda yaşayan azərbaycanlılarının növbəti qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri davam edir...

APA-nın xəbərinə görə, 30 nəfərdən ibarət qrup bu gün Xankəndi şəhərində olub.

Qonaqlar Xankəndi şəhərini gəziblər. Onlara şəhər haqqında, eləcə də burada həyata keçirilən tikinti-quruculuq işləri barədə geniş məlumat verilib.

Nümayəndə heyəti Qarabağ Universitetində olub.

***

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstandan olan 26 nəfərdən ibarət ikinci səyahətçi qrup Xankəndi şəhərində gəzintiyə çıxıb.

“Report”un məlumatına görə, qonaqlar şəhərdə aparılan bərpa işlərinin miqyasından heyrətə gəliblər.

Səyahətçilər erməni işğalının nəticələrini canlı görə biliblər.

Turistlər, həmçinin stadionu, Qarabağ Universitetini, eləcə də tarix və mədəniyyət abidələrini ziyarət ediblər.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyahətçi gəlib. Onların səfərində məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.

Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Fotolar

Poliqon.info

Избранный
3
10
poliqon.info

10Источники