RU

Artıq kişilər də daha çox qadınlarda rast gəlinən bu xəstəliyə yoluxur

Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Tibb Fakültəsinin professoru Sibel Özkan Gürdal kişilərdə süd vəzi xərçənginə tutulma hallarının əvvəlki illərlə müqayisədə artdığını bildirib.

Publika.az xəbər verir ki, son illərdə kişilərdə döş xərçənginə tutulma hallarının artıb.

Həkim qeyd edib ki, qadınlar kişilərə nisbətən süd vəzi xərçəngindən daha çox məlumatlıdır:

“Araşdırmalara görə hər 100 kişidən birində süd vəzi xərçəngi aşkarlandığı təsbit olunub. Bütün xərçəng hallarında olduğu kimi kişilərdə də süd vəzi xərçənginin erkən diaqnozu sağalma ehtimalını artırır. Kişilər süd vəzi xərçəngi ola biləcəyini bilmirlər. Erkən diaqnozla xəstələrin sağalma şansının yüzdə 90 olur. Bu xərçəng növü ən çox qadınlarda rast gəlinir. Kişilərdə süd vəzi xərçəngi xəstəliyinin meydana gəlməsinin dəqiq səbəbləri bilinmir. Bəzi həkimlər bunun səbəbini onda görür ki, döşdə olan bəzi hüceyrələr sağlam hüceyrələrə nisbətən daha sürətlə böyüyür”.

Aysel Şahmar

Избранный
12
7
publika.az

8Источники