RU

Sabah yağış yağacaq

Azərbaycanda sabah hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir.

Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-13°, gündüz 14-16° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13°, gündüz 14-18°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
49
olaylar.az

10Источники