RU

“Bunu heç vaxt etmərəm, xoşum gəlmir...”: Meyxanaçıdan etiraf - VİDEO

“Çəkdiyim yüklər yaşımdan daha çoxdur”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri meyxanaçı Balaəli “Həmin Zaur” verilişində səsləndirib.

“Atası sifət” rubrikasında Zaur Kamalın oğlu, Bartunun suallarını cavablandıran Balaəli fikirlərinə belə davam edib: 

“Yaşımdan çoxdur çəkdiyim yüklər. Saç bilirsiz də kədərdən, qəmdən, fikirdən, bir də deyirlər, müdriklikdən ağarır. Amma deməzdim mən müdrik adamam. Hələ cavanam. İnşallah, o həddə, o yaşa çataram, müdrik olaram. Qaraltmaq barədə heç bir fikrim yoxdur. Heç vaxt etmərəm, xoşlamıram. Allah nə veribsə, odur”.

"Cebheinfo.az"

Избранный
3
8
cebheinfo.az

9Источники