RU

İkiüzlü baxış

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri tək gürcü xalqı və dövlətçiliyi üçün deyil, bütöv region kontekstində əlahiddə əhəmiyyətə malikdir. Seçki kampaniyası və ümumiyyətlə, seçkilərə gedən yol kollektiv Qərbin Tbilisinin müstəqil dövlətçilik təşəbbüslərinə qarşı görünməmiş total təzyiqi şəraitində keçir. Vaşinqtonda və Brüsseldə Gürcüstan hökumətinin tarazlaşdırma və güc mərkəzlərindən bərabər şəkildə məsafə saxlama siyasətini “Rusiyaya meyillilik” kimi qiymətləndirirlər.

Gürcü dövlətçiliyinə qarşı təhdidlər

Bu narrativin ilkin işartıları Rusiya-Ukrayna müharibəsi başlayan gündən büruzə verilir. Nədənsə Qərbdə hesab edirlər ki, rəsmi Tbilisi gürcü xalqı ayaq altında qalsa belə, Rusiyaya qarşı ikinci cəbhəni açmalıdır. Halbuki Kiyevlə Moskva arasındakı ziddiyyətlərin gürcü xalqına böyük ölçüdə heç bir dəxli yoxdur. ABŞ-də və Avropada bu düşüncədədirlər ki, əgər Rusiya həm Ukraynanın bir hissəsini, həm də Gürcüstanda Abxaziya və Cənubi Osetiyanı ilhaq edibsə, deməli, Tbilisi və Kiyev səylərini birləşdirməlidirlər.

Bu paradiqma Qərbin dünyadakı proseslərə baxışının çürüklüyünün göstəricisidir. Tbilisi və Kiyev mübarizələrində haqlıdırlarsa, - bu, əslində həqiqətən də belədir, - onda eyni yanaşma niyə 30 il ərzində Azərbaycanın öz torpaqlarının bütövlüyü və erməni işğalına qarşı mübarizəsinə münasibətdə də tətbiq olunmurdu? İndinin özündə də Qərbin bəzi paytaxtlarında Azərbaycanın tarixi ədalətsizliyə son qoymasını həzm edə bilməyənlər var.

Ukraynadakı müharibənin ilk anından etibarən ABŞ-nin və Avropa İttifaqının Gürcüstana qarşı basqıları seçkilər yaxınlaşdıqca daha aşkar və qeyri-etik obraz almağa başladı. Əvvəl ABŞ Tbilisiyə bütün yardım layihələrini dayandırdı, sonra eyni addımı Aİ və onun ayrı-ayrı üzvləri də atdılar. Bir neçə gün bundan öncə Avropa Parlamenti Gürcüstana qarşı ədalətsiz və qərəzli qətnamə qəbul edərək onu “demokratik dəyərlərdən uzaqlaşmaqda” suçladı.

Gürcüstan hakimiyyətinə inanmaq istəmirlər

“Demokratik dəyərlərdən uzaqlaşma” dedikdə Avropa Gürcüstan parlamenti tərəfindən qəbul olunan və LGBT təbliğatını qadağan edən, habelə xaricdən QHT-lərə ayrılan maliyyəyə nəzarəti sanksiyalaşdıran qanunları bəhanə gətirir. Gürcüstan hakimiyyəti avropalıları heç cür inandıra bilmir ki, onların həyat tərzi, mənəvi dəyərləri patriarxal və tarixi-dini köklərinə bağlı gürcü cəmiyyəti üçün qəbuledilməzdir. Bundan əlavə, özünə hörmət qoyan dövlətdə xaricdən edilən və heç də həmişə səmimi məramlı olmayan maliyyə dəstəyinin başıpozuq dövriyyəsi ilə razı ola bilməzlər.

Tbilisiyə bu platformada təzyiqlərin nəticəsizliyini görən Qərb, xüsusilə də Parisin dəstək verdiyi Aİ “ağır artilleriya”sını işə saldı - prosesə Gürcüstan prezidenti, əvvəllər Fransa vətəndaşı olmuş və bu ölkənin XİN-ində işləmiş Salome Zurabişvili qoşuldu. Konstitusiyaya görə, dövlətin siyasətini böyük ölçüdə hökumət müəyyən edir. Zurabişvili son prezident seçkilərində nə qədər paradoksal olsa da, hökumətin namizədi olub və gərgin mübarizədə eks-prezident Saakaşvilinin nümayəndəsinə qalib gəlib. Sonra tədricən müxalifətə meyllənməsi, hətta seçkilərdə mübarizə apardığı Saakaşvilinin azadlığı uğrunda mübarizəyə qoşulması, indi isə gürcü hökumətini rusiyapərəstlikdə suçlaması Qərbin Gürcüstanda illər əvvəl əsasını qoyduğu planın mövcudluğunu bir daha təsdiq edir.

Избранный
13
1
publika.az

2Источники