Naxçıvan: Trend:
Naxçıvanda "yaşıl enerji"nin layihələndirilməsi üçün 8 000hektara yaxın ərazi ayrılıb.
Bunu Trend-ə açıqlamasındaNaxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuatxidmətinin rəhbəri Mətin Abbaslı deyib.
"Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliklərindəgünəşli saatların illik miqdarı 2600-2800 saat/il, günəşradiasiyasının illik miqdarı 148–150 kkal/sm2, yüksək dağlıq zonadaisə artaraq 152–160 kkal/sm2 arasında dəyişir", - M.Abbaslı qeydedib.
O bildirib ki, Muxtar Respublikada mövcud günəş elektrikstansiyalarında, illik hesablamalara əsasən, günəş radiasiyasınınmiqdarının 138–140 kkal/sm2/il arasında olduğu təsdiq edilib.
“Dövlət proqramına əsasən “yaşıl enerji” istehsalı üçün 7992 haərazi ayrılıb.
Artıq investisiya prosesi başlayıb. Yerli və xariçi şirkətlərləmemorandum imzalanıb. İndi biz bir neçə layihə üzrə“Texniki-iqtisadi əsaslandırma”ları təhlil edirik. Stansiyalarıntikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq”, - deyə o qeydedib.