RU

Ata odun sobasına benzin şatdı, 2 yaşlı oğlu yanıb öldü - Azərbaycanda FACİƏ

Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov evdə odun sobasını qalamaq üçün benzindən istifadə edib. Bu zaman sobadan çıxan alov ətrafa və yaxınlıqda olan uşaq, 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası, 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb. 2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
10
28
manset.az

10Источники