RU

Quşlar onlarla avtomobili daşa basdılar

Rusiyada qeyri-adi hadisə baş verib. Belə ki, quşlar yaşayış komplekslərindən birini daşa basıblar, nəticədə park edilmiş onlarla avtomobilə ziyan dəyib.

Yenisabah.az oxu.az-a istinadən bildirir ki, hadisə Moskva vilayətində baş verib.

Bildirilir ki, quşlar kiçik daşlar toplayıb və onları 22-ci mərtəbənin hündürlüyündən avtomobillərin üzərinə atıblar. Bu hərəkətlərin nəticəsində maşınların damlarında çoxsaylı batıqlar yaranıb, həmçinin şüşələri sınıb. 

"Bunu təmir etmək mümkün deyil, yalnız dəyişdirmək qalır", - deyə zərərçəkmiş avtomobil sahiblərindən biri öz "Geely"sinin şüşəsinin vəziyyətini göstərib.

Kompleks sakinləri təkcə nəqliyyat vasitələrinə dəyən ziyana görə deyil, həm də insanlar üçün potensial təhlükəyə görə narahatdırlar. Onlar quşların hərəkətlərindən piyadaların və ya həyətdə oynayan uşaqların zərər çəkə biləcəyindən qorxurlar.

Sakinlər idarəedici şirkətə damda olan daşları bərkitmək və ya götürmək xahişi ilə müraciət ediblər, lakin onların sözlərinə görə, heç bir tədbir görülməyib.

"Cebheinfo.az"

Избранный
9
6
cebheinfo.az

7Источники