RU

“Moldovanın gələcəyi Avropa İttifaqındadır”

“Moldovanın gələcəyi Avropa İttifaqındadır”.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

 

Nazir Almaniyanın Moldovanı Avropa İttifaqına üzvlük yolunda dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

 

“Moldova bazar günü keçiriləcək prezident seçkiləri və Aİ referendumuna hazırlaşır. Moldova xalqı gələcəyinin necə olacağına qərar verir. Mən əminəm ki, bu gələcək Avropanın qəlbindədir”, - deyə nazir Berlində deyib.

 

Berbok bazar günü keçiriləcək seçkiləri və referendumu Moldova üçün mühüm mərhələ adlandırıb.

Избранный
9
2
modern.az

3Источники