RU

Ötən ay dünyada 47 mindən artıq insan vəbaya yoluxub

Bu ilin sentyabr ayında 47 mindən artıq insan vəbaya yoluxub, 580-dən çoxu dünyasını dəyişib.

"Far.Az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin aylıq bülletenində qeyd olunub ki, sentyabr ayında 14 ölkədə 47 234 yoluxma və 583 ölüm halı qeydə alınıb. Avqust ayı ilə müqayisədə bu ay 15% az yoluxma halı aşkar edilib, lakin ölüm nisbəti 89% artıb. Əfqanıstanda avqustda 17 856, Sudanda 15 047, Pakistanda 5 521, Nigeriyada 3 615, Yəməndə 2 706 nəfər bu xəstəliyə yoluxub.

Ümumilikdə yanvarın 1-dən sentyabrın 29-dək dünyada 439 724 yoluxma və 3 432 ölüm halı müəyyən edilib. Xüsusilə Şərqi Aralıq dənizi regionunda və Afrikada yüksək artım qeyd olunur.

Избранный
30
3
far.az

4Источники