“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

İndex.az-ın məlumatına görə, o, bir neçə saat əvvəl dünyasını dəyişib.

Sabiq məmurun müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Məlumatı onun həyat yoldaşı Salatın Əhmədova təsdiq edib.

Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib.

O, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında partiyanın Veteranlar Şurasına üzv seçilib.