RU

ABŞ nüvə təlimlərinə başladı

ABŞ-ın Strateji Komandanlığı (STRATCOM) “Global Thunder 25” adlı nüvə hazırlığı təlimi keçirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə STRATCOM-un bəyanatında deyilir.

Təlim nüvə qüvvələrinin hazırlığını artırmaq, təhlükəsiz və effektiv strateji çəkindirməni təmin etmək məqsədi daşıyır.

Qeyd olunur ki, manevrlərdə əsas müttəfiqlər və NATO tərəfdaşları, o cümlədən Böyük Britaniyadan olan hərbi qulluqçular da iştirak edir.

Избранный
5
2
axar.az

10Источники