RU

Kiyevdən Bakıya qarşı çağırış: Əgər o gəlsə…

Ukraynanın AB-dəki səfiri Vsevolod Çentsov ölkəsinin müttəfiqlərini Rusiya liderinin iştirak edəcəyi təqdirdə 11-22 noyabrda Bakıda keçiriləcək COP29 tədbirinə getməməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə o, “Politiko”ya müsahibəsində deyib.

“Biz bu təzyiqi tətbiq etməliyik və tərəfdaşlarımız Azərbaycana izah etməlidirlər ki, əgər Putin oradadırsa, gəlməyəcəklər”, - Çentsov bildirib.

Qeyd edək ki, Azərbaycan heç bir ayrı-seçkilik qoymadan bütün ölkələrə - hətta Ermənistana da COP29-da iştirak üçün dəvət göndərib. Bu, Azərbaycanın bu beynəlxalq tədbiri qlobal təhlükəyə qarşı həmrəylik mərkəzinə çevirmək istəyinin sübutudur.

O cümlədən Azərbaycan Ukraynaya da dəvət göndərib və bu ölkəyə daim humanitar yardım edir. Hətta ukraynalı uşaqların Azərbaycanda reabilitasiyasını da həyata keçirib.

Xatırladaq ki, BBC COP29-da Putinin deyil, Baş nazir Mişestinin Rusiyanı təmsil edəcəyi haqda məlumat yayıb.

Избранный
18
1
axar.az

2Источники