“RR Constructions” MMC 5 nəfərlik ailəni məhkəməyə verərək onları yaşadıqları evdən çıxarmağa çalışır.
NOCOMMENT.az Tribunainfo.az-a istinadən xəbər verir ki,tikinti şirkəti bu məqsədlə məhkəmədə Kazımlı Fatimə, Kazımov Elşad, Kazımova Münəvvər, Kazımlı Zəhra, Kazımlı Məryəm ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisəsidir. Tikinti irkəti 5 nəfərlik ailənin yaşadıqları mənzildən çıxarılmasını, mənzilə istfadə hüququna xitam verilməsini, mənzilə hüquqların itirilmiş hesab edilməsini tələb edir.
Tikinti şirkətinin qaldırdığı işlə bağlı prosesə 6 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Fuad Babayevin icraatındadır.
Qeyd edək ki, sakinləri evindən çıxarmağa çalışan tikinti şirkətinin rəhbəri Rəfael Abdullayevdir.