RU

"ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib" - Zelenski

ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib, lakin Almaniya buna şübhə ilə yanaşır.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski telemarafon zamanı deyib.

Zelenski qeyd edib ki, Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı ciddi risk görmür: “Rusiya ilə dialoqda yer buraxmaq istəyənlər, məncə, buna imza atmayacaqlar".

O, həmçinin bildirib ki, ABŞ oktyabr-dekabr aylarında Ukraynaya 500-750 milyon dollar dəyərində bir sıra hərbi yardım paketləri təqdim edəcək.

Избранный
3
6
azpolitika.info

7Источники