RU

MN-nin nümayəndə heyəti Türkiyəyə səfər etdi

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hüquqşünaslarından ibarət nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay ilə görüşüb.

Görüşdə silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə hüququn inteqrasiyası və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Избранный
13
25
publika.az

10Источники