RU

Lənkəranda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 2000 ağac əkilib - FOTOLAR

Oktyabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Asan xidmət könüllüləri,  rayonda fəaliyyət göstərən regional və yerli idarə və müəssisələrin, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan aksiya "İpək Yolu"nun Lənkərandan keçən ərazisi boyunca baş tutub və aksiya zamanı 2000 ədəd sərv ağacı əkilib. Ağacəkmə aksiyasında yeni əkilən ağaclar suvarılıb və dayaqlarla bərkidilib.

Qeyd edək ki, Lənkəran rayonunda ümumilikdə 11900 ağacın əkilməsi nəzərdə tutulur və ağacəkmə aksiyası il sonunadək davam etdiriləcək.

Избранный
18
35
unikal.az

10Источники