RU

Cəbrayılda qəzada ölən vəzifəli şəxs imiş – YENİLƏNİB

Cəbrayılda yol qəzasında ölən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Busaat.az xəbər verir ki, qəzada həlak olan Ədalət Zeynalov “Azərışıq” ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

***

11:19

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Rayon sakini Ədalət Zeynalov idarə etdiyi “Lada” markalı avtomobillə Sulduz Qəmbərzadənin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, “Ford”un sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
5
41
busaat.az

10Источники