RU

Son 33 ildə Azərbaycan böyük inkişafa nail olub - Britaniya səfiri - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı paylaşım edib.

Day.Az xəbər verir ki, bu barədə səfir "X" sosial media hesabında qeyd edib.

"1991-ci ilin 18 Oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olub. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.

  • Son
  • Son
Избранный
7
49
day.az

10Источники